Cocuq Mərcanlıda 1 ədəd partlamamış hərbi sursat aşkar edilib

Cocuq Mərcanlıda 1 ədəd partlamamış hərbi sursat aşkar edilib
02:32 13 Dekabr 2017
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 dekabr. REPORT.AZ/ Dekabrın 12-də ANAMA Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.
“Report” xəbər verir ki, gün ərzində kənddə 15 900 kv. m (1.59 ha) ərazi tam təmizlənib, 1 ədəd partlamamış hərbi sursat (PQ-7L) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.
Əməliyyatlarda 50 nəfərlik şəxsi heyət iştirak edir.
25 gün ərzində 11 ədəd partlamamış hərbi sursat və 1 ədəd piyada əleyhinə mina aşkar edilib.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.







Xəbərin orijinal ünvanı: https://report.az/hadise/cocuq-mercanlida-1-eded-partlamamis-herbi-sursat-askar-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR