Bakı Yeni ilə hazırlaşır - REPORTAJ

Bakı Yeni ilə hazırlaşır - REPORTAJ
14:39 13 Dekabr 2017
84 Digər
Ölkə mətbuatı
A- A+

2017-ci ilin bitməsinə demək olar ki, sayılı günlər qalır. Bakı Yeni ili qarşılamağa hazırlaşır. Paytaxtın mərkəzi meydanlarında bayram əhval-ruhiyyəsini əks etdirən yolkalar qurulur, küçə və parklar bəzədilir.
 
 
 
İlk olaraq Fəvvarələr meydanına baş çəkdik. Hər zaman olduğu kimi, burada hər addımbaşı əcnəbi turistlərə rast gəlmək mümkündür: "Mən Səudiyyə Ərəbistanından gəlmişəm. Bakı gözəldir. Burada əhval-ruhiyyə yüksək səviyyədədir".
 
 
 
Paytaxtımızın Tatarıstandan da qonağı var: "Mən Tatarıstandan gəlmişəm. Tarqovıda gəzdim bazar günü, diskotekaya getdim. Hər şey çox gözəl idi. Dostlarımızla orada rəqs etdik. Gecə al-əlvan işıqlar yanırdı, bir də alış veriş etdik. Yeni ili burada qarşılayıb sonra gedəcəyəm. Gedəndən sonra dostlarıma təəssüratlarımı danışacam".
 
 
 
Fəvvarələr meydanında bu il də "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası təşkil olunub. Ənənəyə uyğun olaraq yarmarkadan toplanan vəsait xeyriyyə işlərinə sərf olunacaq: "Biz bu il birinci dəfədir yarmarkada iştirak edirik. Çox gözəl bir yarmarkadır. Çox təşəkkür edirəm bunu təşkil edənlərə, Nərgiz Fonduna. Burada hər həftə sonu uşaqlar gəlirlər, onlara hədiyyələr verilir. Biz çox sevinirik ki, belə bir yarmarkada iştirak edirik. Bizim bijuteriyalardan hədiyyə də veririk uşaqlara. Yığılan bütün vəsait hər biri gedir uşaq evinə. Bizimkilər daha aktivdirlər".
 
 
 
Balacaların sevimlisi Şaxta babası hələ ki, gözə dəyməsə də, Santa Klaus meydanda oturaraq onlarla şəkil çəkdirir, söhbətləşirdi: "Bura gələn uşaqların hər biri qaçır qucağıma. Qar qız da olacaq".
 
 
 
Dənizkənarı Mili Parkdayıq. Bulvarda da Yeni il hazırlıqları davam etdirilir. Burada quraşdırılan yolkanın hündürlüyü 35 metrdir. Bu isə Bakıda ən hündür şam ağacı hesab olunur.
 
 
 
Bulvar rəsmisi Rəfael Niftəliyev deyir ki, Bakı bulvarı Yeni ilə ciddi hazırlaşır. Milli Parkda iki böyük yolka quraşdırılacaq: "Hazırda bizim monitorun qarşısında Bakıda ən böyük ən hündür hesab olunan küknar ağacı quraşdırılır. Yəqin dekabr ayının 20-nə yekunlaşacaq. Bundan əlavə, bizim prospekt boyu Dənizkənarı Bulvar ərazisinin ayrı-ayrı yerində digər işıqlarla bəzədilmə prosesləri də həyata keçirilir. Bu da haradasa dekabrın 23-24-də yekunlaşacaq. Vətəndaşlarımız rahat gəlib öz yeni il şənliyini burada keçirə biləcəklər. Bulvar ərazisində iki yolka quraşdırılacaq. Biri hazırda gördüyünüz kimi monitorun qarşısındakı yolkadır, digəri isə Şeş-beş adlanan hissəsində quraşdırılacaq. Şaxta baba və Qar qız yəqin ki, yolkalar quraşdırılıb hazır olandan sonra gələcək".  
 
 
 
Rəfail Niftəliyev idarənin hazırda gücləndirilmiş iş rejiminə keçdiyini deyib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290048

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR