Sloveniyanın xarici işlər naziri Karl Eryavek ölkəsinin Fələstini tanımaq zamanı gəldiyini deyib.
Publika.az xəbər verir ki, nazir bu barədə Sloveniyada koalisiya hökumətini quran siyasi partiya liderlərinin toplantısında çıxışında deyib.
O, Fələstini tanımaq mövzusunda hökumətin atacağı addımların təyin edilməsi məsələsini xüsusilə vurğulayıb.
Toplantıda gələn həftə keçiriləcək görüşdə bu mövzunun müzakirə
edilməsi üçün lazımi hazırlıqların aparılması xarici işlər naziri
Karl Eryavekə tapşırılıb.
Sosial Demokratlar Partiyası isə bu qərarın qəbul edilməsindən öncə
Sloveniyanın tək qalmaması üçün digər Avropa İttifaqı ölkələri ilə
birlikdə hərəkət edilməsini tövsiyə edib.
Zümrüd