Azərbaycanla Ukrayna birgə müəssisə yarada bilər

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə Ukraynanın tanınmış Kryukov vaqonqayırma zavodunun rəhbərliyi arasında görüş keçirilib.

Səfirlikdən verilən məlumata görə, görüşdə zavodun direktor müavini İqor Manaenkov bildirib ki, Azərbaycan beynəlxalq nəqliyyat daşımalarında aktiv iştirak edir. Bir sıra beynəlxalq layihələrin iştirakçısıdır. Bakı-Tbilisi-Qars dəmir yolu xətinin işə düşməsi ilə Azərbaycan Avropa ilə Asiya arasında geniş bir dəhliz açmış oldu. Bu baxımdan Azərbaycanda yeni sərnişin və yük vaqonlarının istehsalına zərurət yaranıb.

A.Xudiyev öz növbəsində bildirib ki, Ukrayna Azərbaycan üçün əlverişli tərəfdaşdır. Səfir birgə müəssisənin yaradılması üçün Ukrayna tərəfinin təkliflər paketinin hazırlamasının vacibliyini vurğulayıb və qeyd edib ki, Azərbaycan tərəfi təklifləri nəzərdən keçirtdikdən sonra Ukraynadan işçi qrupu ölkəmizə səfər edə bilər.

Qeyd edək ki, Kryukov vaqonqayırma zavodu bir neçə növdə yük və sərnişin vaqonları istehsal edir və bu məhsullar bir çox ölkələrə ixrac olunur. //Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR