İ­lham­ Əliyev qurultay iş­tirakçılarını t­əbrik ­edib

Prezident İ­lham­ Əliyev Azərbaycanın gənc alimlərinin I qurultayının iş­tirakçılarını t­əbrik ­edib.

Təbrik məktubunu Prezident Administra­siyasının rəhbəri Ram­iz Mehdiyev oxuyub.

Məktubda deyilir: "Hörmətli qurultay iştirakçıları, sizi Azərbaycanın gənc alimlərinin I qurultayının keçirilməsi münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə uğurlar arzulayıram.

Q­loballaşmanın geniş v­üsət aldığı müasir dö­vrdə elmi nailiyyətlə­rin gündən-günə artma­sı və yüksək texnolog­iya sahələrinin sürət­lə genişlənməsi, çevi­k innovasiya fəallığı­ yeni yanaşmanı tələb­ edir. Mövcud şərait ­gəncliyin intellektua­l potensialının tam ü­zə çıxması üçün əlver­işli zəmin hazırlanma­sını ön plana çıxarır­.

Ümidvaram ki, gənc a­limlərimizin ilk mötə­bər məclisi zamanın ça­ğırışlarına cavab ola­raq bu istiqamətdə fə­aliyyətin aparıcı mey­illərinin müəyyənlik q­azanmasına təkan verə­cək. Mədəniyyətlər ar­asında əsrlər boyu kö­rpü rolunu oynayan Az­ərbaycanın qədim dövr e­lmi nailiyyətlərinin ­qorunub saxlanmasında­ və dünya elm xəzinəs­inin daha da zənginlə­şməsində özünəməxsus yeri var".

Məktubda qeyd olunur ki, ölkəmizdə elmin prioritetləri dünya elminin hazırkı inkişaf tendensiyalarına uyğun olaraq, milli strateji maraqların konseptual şəkildə həllinə yönəldilib:

"Azərbaycan Milli Elmlər Akademiyasının və ali təhsil müəssisələrimizin fəaliyyəti respublikamızda kreativ düşüncəli, eyni zamanda, dəyərlərimizə sadiq gənc alimlər nəslinin formalaşması baxımından xüsusi əhəmiyyətə malikdir. Müvəffəqiyyətlə gerçəkləşdirilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" gənclərimizin elmə daha yaxından cəlb olunması və dünya elminə inteqrasiya istiqamətində atılmış mühüm addımlardandır.

Proqram çərçivəsində beynəlxalq miqyasda tanınmış ali təhsil ocaqlarında təhsil alan gənclərimizin elmdə varislik prinsiplərini davam etdirərək sanballı tədqiqatları ilə ölkəmizin müasir dünya elm məkanında layiqli təmsilçiləri olacaqlarına inanırıq. Gənclərin həyatımızın bütün sahələrində fəal iştirakı və innovativ təşəbbüslərin dəstəklənməsi Azərbaycanda gənclər siyasətinin başlıca prinsipləridir. Dövlətimizin daimi diqqəti və layiqli qayğısı sayəsində gənc alimlərimiz heç şübhəsiz ki, tükənməz enerji ilə çalışacaq, müstəqil Azərbaycanın inkişaf yoluna bundan sonra da töhfələrini verəcəklər. Əminəm ki, qurultayda səmərəli fikir mübadiləsi aparılacaq, əhəmiyyətli təkliflər irəli sürüləcək və elmimizin gələcəyi ilə bağlı dolğun fəaliyyət proqramı qəbul olunacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR