Amerikalı alim Azərbaycanda qədim sakinlərin araşdırır

Amerikalı alim Azərbaycanda qədim sakinlərin araşdırır
14:23 15 Dekabr 2017
85 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Nyu-York Universitetinin Qədim Dünyanın Tədqiqatı İnstitutunun (New York University, Institute for the Study of the Ancient World / ISAW) əməkdaşı doktor (PhD) Selin Elizabeth Nugent AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının iştirakı və yardımı ilə birgə qısa müddətli elmi araşdırmalar aparıb.

Arxeologiya və Etnoqrafiya İnstitutundan Publika.az-a verilən məlumata görə, S.E.Nugentin cəlb olunduğu beynəlxalq elmi tədqiqat layihəsinin əsas mövzusunu tunc dövründə (e.ə. IV minillikdən e.ə. I minilliyədək) Cənubi Qafqazda, əsasən də Azərbaycan ərazisində qədim yerli əhalinin qida rasionu və ərzaq çeşidləri, xüsusilə qədim əhalinin qidalandığı süd məmulatlarının müxtəlif kriterilər (dövr, mənşə, çeşid, hazırlanma texnologiyası, lokal fərqlər və s.) üzrə araşdırılması təşkil edir.

Qeyd edək ki, texnoloji cəhətdən inkişaf etmiş qabaqcıl ölkələrdə qədim abidələrin arxeoloji tədqiqi zamanı üzvi qalıq tapıntıların izotop tərkibinin analizi nəticəsində qədim əhalinin istifadə etdiyi ərzağın çeşidi, qidasında yaşa və regiona görə fərqlər və digər mühüm məlumatlar əldə edilir. Uzun müddət Türkiyə Cümhuriyyətindəki neolit və xalkolit dövrü Çatal Höyük abidəsində apardığı tədqiqatlardan sonra o, Naxçıvan Muxtar Respublikasında (Şərur düzünün tunc dövrü abidələri) və Lerikdə (Piboztəpə antik nekropolu) üzvi tapıntıların izotop analizlərinin aparılması, Azərbaycanın qədim əhalisi barədə arxeometrik məlumatların beynəlxalq elmi dövriyyədə tanıdılması istiqamətində fəaliyyət göstərib.

Xüsusi olaraq vurğulayaq ki, Türk və Azərbaycan dilini müfəssəl bilən doktor S.Nugent`in bu il Ohayo Universitetində müdafiə etdiyi dissertasiyası “Orta tunc dövründə Şərur düzündə maldarların hərəkət dinamikası və məskən komplekslərinin formalaşması” mövzusunda idi. Tədqiqatın əsas hissəsini məhz, Şərur düzü orta tunc dövrü arxeoloji abidələrindən əldə edilmiş tapıntı fraqmentlərinin stronsium, oksigen, karbon və d. çeşidli izotop analizlərinin nəticələri təşkil edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/224413.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR