Bu ilin 10 ayın göstəricisinə əsasən, doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarından ibarət olub. Ümumilikdə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 120035 doğulan körpə qeydə alınıb.
Sosioloq Əhməd Qəşəmoğlu Metbuat.az-a açıqlamasında ölkədə yeni doğulan körpələr arasında oğlan uşaqlarının üstünlük təşkil etməsi məsələsinə toxunub.
Bildirib ki, statistikada qorxulu heç nə yoxdur:
“Ölkədə oğlan uşaqlarının çox olmasının tərəfdarıyam. Təəssüf ki, oğlan uşaqları 20 yaşına çatdıqda ölkədən gedir, qəza və müharibələrdə ölürlər. Ona görə, oğlan uşaqlarının çox doğulması yaxşı haldır. Lakin burada qorxulu bir məqam var. Oğlan uşaqlarının sayının çox olması digər tərəfdən texnikanın inkişafı ilə bağlıdır. Uşağın cinsiyyətinın qız olduğunu bilən valideynlər çox vaxt həmin uşaqları məhv edirlər. Bunun özü dəhşətli hadisədir. Valideynlər öz uşaqlarının qətli ilə bağlı qərar qəbul edirlər. Valideynlərin “qatil” rolunu oynamaqları ölkədə mənəvi aşınmaya səbəb olur. Dediyim kimi, oğlanların sayının qızlardan çox olmasının heç bir qorxulu tərəfi yoxdur. Qorxulu bunun mənəvi tərəfidir”.
Xəyalə Məmmədova / METBUAT.AZ
Bakıda avtobuslardakı bu qurğuya DİQQƏT! – FOTOLAR – Oxumaq üçün tıklayın!