"Qarabağ"ın qapıçısının elçiləri artır

"Qarabağ"ın qapıçısının elçiləri artır
07:38 16 Dekabr 2017
222 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasında uğurlu oyun sərgiləyən və qrup mərhələsində ən çox qurtarış edən qapıçı olan (35 dəfə) İbrahim Şehiç performansı ilə bir neçə xarici klubun diqqətini cəlb edib.

Publika.az xəbər verir ki, Almaniya, İtaliya, Türkiyə və ərəb təmsilçilər “Qarabağ”ın qapıçısı ilə maraqlanmağa başlayıb.

İddialara görə, artıq menecerlər arasında ilkin danışıqlar da olub. İ.Şehiçin “Qarabağ”la müqaviləsi 2020-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, “Transfermarkt” bosniya və hersoqovinalı qapıçıya 800 min avro qiymət qoyub.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/224496.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR