Qadınlar motosiklet və yük maşını da sürəcək - Səudiyyə Ərəbistanında

Qadınlar motosiklet və yük maşını da sürəcək - Səudiyyə Ərəbistanında
00:28 17 Dekabr 2017
47 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanında 2018-ci ildən etibarən qadınların motosiklet və yük maşını idarə etməsinə icazə veriləcək.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Nəqliyyat İdarəsinin dərc etdiyi yeni qaydalarda bildirilir.

Qeyd edək ki, sentyabrda kral tərəfindən imzalanan fərmana əsasən, qadınların 2018-ci ilin iyunundan avtomobillərin idarə etməsinə icazə veriləcək.

Nəqliyyat İdarəsi qadınların həmçinin motosiklet və yük maşını da idarə etməsinə icazə veriləcəyini və yol hərəkəti qaydalarının qadın və kişilər üçün bərabər şamil olunacağını bildirib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/224575.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR