GÜNÜN XƏBƏRİ: "Qarabağ"ın futbolçusu...

"Qarabağ”ın futbolçusu Mahir Mədətov "Beşiktaş”ın maraq dairəsindədir.

Şenol Günəş də futbolçuya göz qoyub, hətta Bakıya səfəri zamanı Mahirlə bağlı Qurban Qurbanovdan məlumatlar alıb. Bu barədə məlumatı "Futbol+” qəzeti yayıb.

Məlumatda qeyd olunur ki, "Qarabağ” rəhbərliyi və Qurbanov özü də gənc futbolçunun legioner həyatı yaşamasında maraqlıdı. Keçidin detalları danışıqlar masası ətrafında dəqiqləşdiriləcək.

Bu məqsədlə İstanbuldan Bakıya "Beşiktaş”ın rəsmiləri gəlir. Qonaqlar artıq bu gün paytaxtımızda olacaqlar. //Fanat.az

Ulduz futbolçu karyerasını başa vurdu - 35 yaşında - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR