Azərbaycan idmançılarının bu il qazandıqları medalların sayı açıqlanıb

Azərbaycan idmançılarının bu il qazandıqları medalların sayı açıqlanıb
14:57 18 Dekabr 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycan idmançıları bu il bütün beynəlxalq yarışlarda 851 medal qazanıblar.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdəki çıxışında deyib. Onun sözlərinə görə, medallardan 347-si "qızıl"dır: "Keçən illə müqayisədə medalların sayı daha çoxdur. Bu, onu göstərir ki, idmanın inkişafı dinamik xarakter daşıyır və idmançılarımız ardıcıl olaraq böyük qələbələr qazanırlar. 851 medal qazanmışıq və sevindirici hal ondan ibarətdir ki, həm döyüş, həm komanda, həm də intellektual idman növlərində bizim idmançılarımız çempiondurlar, qalibdirlər".
Qeyd edək ki, Azərbaycan idmançıları 2016-cı ildə 837 medal qazanıb. Medalların 297-si qızıl olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-idmancilarinin-bu-il-qazandiqlari-medallarin-sayi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR