Ermənistanda tələbələr yenidən aclıq aksiyası keçirir

Ermənistanda tələbələr yenidən aclıq aksiyası keçirir
16:17 18 Dekabr 2017
80 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Yerevan Dövlət Universitetinin tələbələri aclıq aksiyasını bərpa ediblər.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu universitetin rektoru Aram Simonyan bildirib.
Etiraz aksiyasını “Elmin inkişafı naminə” təşəbbüs hərəkatının üzvləri keçirir.
Tələbələr Ermənistanda “Hərbi xidmət və statusu” haqqında qanuna etiraz edirlər. Bu qanunda təhsillə bağlı hərbi möhləti verilmir. Sənədi dekabrın əvvəlində Ermənistan prezidenti Serj Sarqsyan imzalayıb.
Universitetin rektoru tələbələrlə danışığa getməyin mənasız olduğunu, ümumiyyətlə onların doğrudan da aclıq edib-etmədiklərindən xəbərsiz olduğunu deyib.
Qeyd edək ki, noyabrın 14-də “Elmin inkişafı naminə” təşəbbüs hərəkatı həmin qanun layihəsinə etiraz olaraq, aclıq aksiyası keçirmişdi.

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistanda-telebeler-yeniden-acliq-aksiyasi-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR