Lənkəranda 47 yaşlı piyadanı avtomobil vurub

Lənkəranda 47 yaşlı piyadanı avtomobil vurub
20:17 18 Dekabr 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran. 18 dekabr. REPORT.AZ/ Lənkəran rayonunda avtomobil piyadanı vurub.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Qumbaşı kəndi ərazisində baş verib.
Belə ki, "Lexus" markalı avtomobilin sürücüsü yolu keçmək istəyən Masallı rayon sakini, 1970-ci il təvəllüdlü Elman Hüseynovu vurub. Ağır bədən xəsarətləri alan yaralını sürücü öz avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Onun içkili vəziyyətdə olduğu bildirilir. 
Xəstəxanadan "Report"un yerli bürosuna verilən məlumata görə, yaralı huşsuz vəziyyətdə olduğundan onun şəxsiyyətini hələlik müəyyən etmək mümkün olmayıb: "Onun vəziyyəti orta-ağır olaraq qalır".
Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lenkeranda-47-yasli-piyadani-avtomobil-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR