Keniyadan olan gənc ailə Sem və Reyçel Kamau Liverpul şəhərində simvolik qiymətə - bir funta ikimərtəbəli evə sahib olublar.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 16 ildir Liverpulda yaşayan ailə bu illər ərzində yalnız kirayədə qalırdı. Şəhər hakimiyyətinin "1 funta evlər" proqramından sonra cütlük risk etmək qərarına gəlib.
Həmin proqrama əsasən, Liverpulda 6 min köhnə və təmirsiz ev 1 funta satılır.
Keniyalılar öz şəxsi büdcələri hesabına bir ilə evi təmir edərək rahat mənzilə köçüblər.
Milli.Az