Türkiyədə terror törətmək istəyən 26 yaşlı qız saxlanılıb.

Milli.Az Hürriyet-ə istinadla xəbər verir ki, Konya şəhərində polislərə qarşı terror törətməyə hazırlaşan Rojda ləqəbli 26 yaşlı Necla Yıldız PKK-ya üzv olduğuna görə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, o, 2015-ci ildə Diyarbakırın Liçe mahalında atışma zamanı öldürülən sevgilisi Mehmet Şefanın intiqamını almaq üçün polis bölməsini partlatmağı planlayırdı.

Bəxtiyar Umarlı
Milli.Az