"Pullman Hotels and Resorts" otelində " Star Kids Group" şirkətinin təşkilatçılığı ilə "Qış Nağılı"adlı Kids Fashion Show yarışması keçirildi. Müsabiqədə 4-14 yaş arasında uşaqlar iştirak etdi. "Qış Kolleksiyası"nahəsr olunmuş tədbirdə 83 model və 28 modelyer iştirak etdi. Modellərin 49 qız, 34 oğlan idi. Tədbirdə Azərbaycanın məhşur simaları modelyer-dizaynerlər,xalq artistləri və əməkdar artistlər iştirak etdilər.
Münsiflər heyəti: Əməkdar incəsənət xadimi , ADMİU-nun Modelləşdirmə kafedrasının dosenti , modelyer Fəxriyyə Xələfova, Azərbaycan Milli Geyim Mərkəzinin və Moda evinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova, "YES MODA EVİ"nin rəhbəri modelyer Yeganə Sadıqova, müğənnilər Roza Zərgərli, Ayaz Qasimov, model İlqar Əliyev. Tədbirin layihə rəhbəri " Star Kids Group" şirkətinin hüquqi təmsilçisi Aygün Əliyeva. Aparıcı - Samir Bayramlı.
QALIBLƏR
Qızlar arasında:
1-ci Yer Qalibi Model:
Amira Səfərova
Oğlanlar arasında:
1-ci Yer Qalibi Model:
Rəvan Mustafayev
1-ci Yer Qalibi Modelyer:
Aysel Əliyeva
1-ci Yer Qalibi Modelyer:
Hülya Allahverdiyeva
2-ci Yer Qalibi Model:
Yeganə İbrahimli
2-ci Yer Qalibi Model:
Rəvan Qasımov
2-ci Yer Qalibi Modelyer:
Gül Qurbanova
2-ci Yer Qalibi Modelyer:
Nərgiz Bağırova
3-cü Yer Qalibi Model:
Əsmər Məmmədzadə
3-cü Yer Qalibi Model
Sabir Məlikli
3-cü Yer Qalibi Modelyer:
Aysel Əhmədzadə
3-cü Yer Qalibi Modelyer:
Rəqsanə Zeynallı
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az