Balakəndə baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, dekabrın 31-i axşam saat 23 radələrində rayonun Qaysa kənd sakini, 1986-cı il təvəllüdlü Rasim Məhəmməd oğlu Hüşənov ağır qapalı kəllə-beyin travması xəsarəti ilə Balakən Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub.
Müayinə zamanı R. Hüşənovun idarə etdiyi motosikleti aşırması nəticəsində ağır kəllə-beyin travması olması məlum olub.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin