Yunan adasından iki nəfərin cəsədi tapılıb.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, sevgili olduqları deyilən ikilinin özlərini şeytana qurban verdikləri düşünülür.
Yanvar ayının 2-də Kefalonia adasından 23 yaşlı Lilia Botuşeva və onun 30 yaşlı alman sevgilisinin cəsədi tapılıb.
Onların tapıldığı otağın divarlarına qanla sözlər yazılıb və çoxlu şamlar yandırılıb. Onların satanist (şeytan tərəfdarları) olduqları deyilir.
Araşdırmalar nəticəsində məlum olub ki, əvvəlcə qız özünü öldürüb. Daha sonra isə oğlan vannaya girərək özünü ürəyindən bıçaqlayıb.
Bolqarıstan vətəndaşı olan Lilia ötən ilin iyul ayında evdən çıxıb və bir daha qayıtmayıb. O, evdən çıxarkən boynunda pentaqram formalı boyunbağı asılı olub.
Qeyd edək ki, Satanizm - şeytanı və ya şeytan simvolunu ucaldan və bəzi məzhəblərində şeytana inanmağı əmr edən dini-fəlsəfi cərəyan. Satanizm ifadəsi hərfi mənada "şeytana inanan", "şeytanı rəhbər tutan" mənalarına sahibdir. Bu cərəyanın yaranma səbəbi iudaizm və xristianlığa qarşı mübarizə aparmaq olmuşdur.
Emin
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində