T.Qolts bildirib ki, Qarabağın dünyaya Azərbaycan ərazisi kimi tanıdılması üçün keçirilən tədbirlərdən əlavə futbol klubunun öz uğurlu çıxışı da böyük rol oynayır. T.Qolts filmin təqdimatın Quzanlıda da keçiriləcəyini açıqlayıb: "Sabah təqdim olunacaq filmdə "Qarabağ"ın sonuncu dəfə "İmarət"də olduğu ildən indiyədək keçdiyi yol əks olunub".
Vurğulanıb ki, dünyada komandası olmayan minlərlə şəhər var, amma təmsil etdiyi şəhəri olmayan komanda çox azdır. Bu baxımdan, "Qarabağ" barədə çəkilən film xüsusi önəm kəsb edir.
“Qarabağ” futbol klubunun inzibati binasında keçirilən görüşdə vitse-prezident Tahir Gözəl komandanın uğurla çıxış etdiyini və Azərbaycanı dünyaya dostların köməyilə tanıtdırdığını bildirib.
O, 1990-cı illərdən tanıdığı Tomas Qolts və Şakir Eminbəylinin belələrindən olduğunu söyləyərək, onlara hədiyyələr təqdim edib.
Daha sonra klub rəsmisi hər iki şəxsə "Qarabağ"ın formasını və xatirə hədiyyəsi təqdim edib. Qolts Ağdamın maşın seriyası olan 02 nömrəli formanı alıb.