Müğənni İzzət Bağırov oğlanlarına qadağa qoyub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi “Star life” verilişinə açıqlamasında onların müğənni olmasına icazə vermədiyini deyib:
“Övladlarımla gündəmə gəlmək istəmirəm. Mənim öz sənətimə nə olub ki, uşaqlarımla gündəmdə qalım? Bir-iki dəfə verilişlər çəkmək istəyib. Oğlan olduqları üçün icazə vermişəm. Amma daha qoymuram. Mən oğlanlarımla mübarizə aparıram ki, gələcəkdə müğənni olmasınlar. Olmaz... Bu sənətdə o qədər əziyyət çəkmişəm ki... Bütün gəncliyim gedib. İstəmirəm uşaqlarım da bunu yaşasınlar. İdmançı, həkim, hakim olsunlar, amma müğənni, əsla!”
Qeyd edək ki, İ.Bağırovun üç oğlu var.
Milli.Az