“Bəziləri deyir ki, Nəsimi də sırğa taxıb. Sən
Nəsimisən? Sırğa taxırsansa açıq-aşkar denən ki, sırğa taxıram.
Misal gətirmə heç kimi. De ki, mən bunu edirəm, yaxşı edirəm. Sırğa
taxmaq ayıb, günah deyil”.
Publika.az xəbər verir ki, bu sözləri ARB TV-nin
“Sayqa ilə bu axşam” proqramına qonaq olan Əməkdar artist Cavanşir
Məmmədov sırğa mövzusundan söz açarkən deyib.
Əməkdar artist bu məsələdən danışarkən sənətçilərə ismarış
göndərib:
“Sırğa taxmaq günah hesab olunmur. 50 % kişi olmalı deyilsən, 100%
kişi olmalısan. 100 % kişi ol, istəyirsən sırğa tax. Nəsiminin
dərisi soyulanda rəngi saralıb, amma sözündən dönməyib. Məmə lazım
deyil ki, səviyyəsi aşağı olan adam mənə hörmət etsin”.