Çinlə ABŞ arasında ticarət balansının profisiti rekord həddə çatıb

Çinlə ABŞ arasında ticarət balansının profisiti rekord həddə çatıb
13:17 12 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ Çinlə ABŞ arasında ticarət balansının profisiti 2017-ci ildə 275,8 mlrd. dollar təşkil edib. "Report" "The Wall Street Journal"a istinadən xəbər verir ki, bu barədə Çin Gömrük İdarəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, illik müqayisədə 10% artan profisit tarixi rekord səviyyə təşkil edib. Bundan əvvəlki rekord 2015-ci ildə qeydə alınıb və 261 mlrd. dollara bərabər olub.
Profisitin artmasına səbəb kimi ABŞ tərəfindən Çin mallarına artan tələbat olub. "The Wall Street Journal"a görə, ticarət profisitini azaltmaq üçün ABŞ-ın Prezident Administrasiyası yaxın həftələrdə Çinə qarşı məhdudlaşdırıcı tədbirlər açıqlaya bilər. Bu tədbirlərin günəş batareyaları, polad və alüminiumdan hazırlanan məhsullara aid edilməsi gözlənilir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/cinle-abs-arasinda-ticaret-balansinin-profisiti-rekord-hedde-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR