"Report"un xəbərinə görə, hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası yanvarın 17-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il Bakı şəhərində baş varib. 1956-cı il təvəllüdlü A.Süleymanov qeyri-rəsmi nikahda yaşadığı həyat yoldaşı N.M-nı (ad, soyad şərti) bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan A.Süleymanovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.