Nəcməddin Sadıkov NATO-nun Baş Qərargah rəislərinin toplantısında iştirak edəcək
Paylaş
68 baxış·1 dəq oxu
Bakı. 15 yanvar. REPORT.AZ/ Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” və “Stabilliyin layihələşdirilməsi” formatlarında təşkil ediləcək görüşlərdə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb. Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Tədbir yanvarın 16-da NATO-nun Mənzil-Qərargahında Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək.