Azərbaycanda bank resurslarının dollarlaşma səviyyəsi azalır

Azərbaycanda bank resurslarının dollarlaşma səviyyəsi azalır
14:22 16 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar . REPORT.AZ/ Azərbaycanda əhalinin bank əmanətləri üzrə dollarlaşma dərəcəsi 2017-ci il dekabrın 1-nə 68,99% təşkil edib. Noyabrın əvvəlində bu göstərici 69,92%, ötən il yanvarın 1-nə isə 79,63% olub.
"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, cəmi depozit bazasında dollarlaşma dərəcəsi dekabrın 1-nə 72,08%, noyabrın 1-nə 74,44%, yanvarın 1-nə 75,29%, 2016-cı ilin analoji dövründə isə 75,58% təşkil edib.
Kreditlərin strukturunda isə dollarlaşma səviyyəsi 2017-ci il dekabrın 1-nə 40,63%, noyabrın 1-nə 41,14%, yanvarın 1-nə 47,32%, 2016-cı il dekabrın 1-nə 47,15% olub. 
"Report"un analitik qrupu dollarlaşma dərəcəsinin 2018-ci ildə də azalmağa davam edəcəyini proqnozlaşdırır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-bank-resurslarinin-dollarlasma-seviyyesi-azalir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR