Azərbaycan hərbçiləri Gürcüstanda keçirilən təlimlərində iştirak edirlər

Azərbaycan hərbçiləri Gürcüstanda keçirilən təlimlərində iştirak edirlər
17:37 16 Yanvar 2018
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Tbilisi. 16 yanvar. REPORT.AZ/ Gürcüstanın Saçxeri və İmeretidəki hərbi məktəblərində “Dağlıq ərazilərdə hərbçilərin qış hazırlığı” təlimləri başlayıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, təlimlərdə Gürcüstanla yanaşı Azərbaycan, Latviya, Polşa və Ermənistandan olan hərbçiləri də iştirak edirlər.
Tədbirdə hərbçilər dağlıq ərazilərdə qarlı havalarda manevr etmək, axtarış-xilasetmə tədbirlərinin təşkili, qar uçqunu altında qalmış insanlara ilkin tibbi yardımların göstərilməsi, onların təxliyəsi və s. sahələrdə bilik və bacarıqlarını artıracaqlar.
Kursu müvəffəqiyyətlə başa vuracaq hərbçilərə sertifikatlar və döş nişanları təqdim olunacaq.
Hərbi təlimlər fevralın 2-də başa çatacaq.


Xəbərin orijinal ünvanı: https://report.az/herbi/azerbaycan-herbcileri-gurcustanda-kecirilen-telimlerinde-istirak-edirler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR