Nazirliyin "qaynar xətt"inə 29 minə yaxın müraciət daxil oldu

Nazirliyin "qaynar xətt"inə 29 minə yaxın müraciət daxil oldu
13:28 10 Yanvar 2015
175 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə 2014-cü ilin dekabr ayında 500-dən çox müraciət daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, Nazirlik tərəfindən göstərilən elektron xidmətlər, eləcə də Nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı olub. Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlərə isə Nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılaraq, müvafiq tədbirlər görülüb.

İndiyədək isə 195-2 Telefon Məlumat Mərkəzinə 29 minə yaxın müraciət daxil olub.

195-2 Telefon Məlumat Mərkəzi vaxt itkisinə yol vermədən və İqtisadiyyat və Sənaye Nazirliyinə gəlmədən qurumun səlahiyyətlərinə aid məsələlərlə bağlı vahid mənbədən məlumat əldə edilməsinə imkan yaradır. Qeyd edək ki, ölkənin istənilən yerindən stasionar və mobil telefonlardan məlumat mərkəzinə zəng etməklə Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciətlərə cavab almaq mümkündür. Telefon xidməti canlı rejimdə, qanunvericiliklə təsdiq edilmiş iş günlərində, fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR