Azərbaycanda minik avtomobilləri 7% bahalaşıb

Azərbaycanda minik avtomobilləri 7% bahalaşıb
11:22 18 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycanda 2017-ci il ərzində minik avtomobillərinin qiymətləri əvvəlki illə müqayisədə 7,1% artıb.
“Report”un rəsmi statistikaya əsasən verdiyi xəbərə görə, minik avtomobillərinin ehtiyat hissələri ötən il ərzində 11,9%, velosiped isə 13,3% bahalaşıb.
Hesabat ilinin dekabr ayında əvvəlki ayla müqayisədə minik avtomobillərinin qiymətləri dəyişməz qalıb, ehtiyat hissələri və velosipedlərin qiymətlərində 0,1% artım qeydə alınıb.
Qeyd edək ki, 2017-ci ildə illik inflyasiya 12,9%, 2017-ci ilin dekabrında aylıq inflyasiya isə 0,5% olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanda-minik-avtomobilleri-7-bahalasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR