ABŞ Rusiya və Çinlə... – Dünya nüvə müharibəsinin BİR ADDIMLIĞINDA

ABŞ Rusiya və Çinlə... – Dünya nüvə müharibəsinin BİR ADDIMLIĞINDA
11:23 18 Yanvar 2018
84 Dünya
Ölkə mətbuatı
A- A+

Kiçik gücə malik nüvə silahının yeni nümunələrinin hazırlanması ABŞ-ın Rusiya və Çinlə müharibə riskini artıracaq.

Publika.az xəbər verir ki, bu haqda ekspertlərə istinadən “Newsweek” yazıb.

Qeyd edilir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) nüvə silahının iki yeni nümunəsi hazırlayır. Xüsusi halda, yeni nüvə doktrinasında “Ohayo” sinfinin sualtı qayıqlarında yerləşdirilən “Traydent” sualtı raketləri üçün kiçik gücdə olan nüvə döyüş başlıqlarının yaradılması yer alıb.

Pentaqonun bu qərarı nüvə imkanlarının elastikliyinin artırılmasına olan ehtiyacla izah olunur. ABŞ öz nüvə silahlarını “çox böyük və güclü hesab edir. İdarənin fikrincə, Rusiya və bütün dünya ABŞ-ın nüvə silahından istifadə ehtimalının yüksəldiyini anlayacaq.

Ancaq hamı doktrina ilə razı deyil. Silahlara nəzarət və onların yayılmaması üzrə Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru Con Vulfstalaya sənədi “şizofreniya” adlandırıb. Onun fikrincə, ABŞ Müdafiə Nazirliyində nüvə silahından istifadəsi üçün daha geniş imkanlar olacaq.

Daha əvvəl Con Vulfstalaya istinadən “Qardiyan” nəşri bildirib ki, Amerika hakimiyyəti nüvə silahından istifadə ilə bağlı məhdudiyyətləri zəiflətmək və yeni, gücü daha az olan nüvə döyüş başlığı hazırlamaq niyyətindədir. Con Vulfstala vurğulayıb ki, ABŞ belə hərəkətlərlə Şərqi Avropada yaranacaq konfliktlər zamanı Rusiyanın taktiki döyüş başlıqlarından istifadəsinə maneə yaratmağı planlaşırır.

“Yeni nüvə doktrinasını yazan insanlar mənə dedilər ki, onlar ruslara, çinlilərə və Şimali koreyalılara dəqiq mesajı göndərmək istəyirlər: nüvə silahından istifadə etmək üzrə istənilən cəhd onlar üçün kütləvi nəticələrə gətirib çıxaracaq”, - o əlavə edib.

Vulfstal təsdiq edib ki, yeni doktrinada Pentaqon ABŞ-ın rəqibə nüvə zərbəsi üçün şərtlərin siyahısını genişləndirib. Xüsusi halda, böyük miqdarda qurbanlara gətirib çıxarmış qeyri-nüvə hücumu, həmçinin strateji obyektlərə edilən hücumlara cavab olaraq nüvə zərbəsi endiriləcək.

Azərbaycanın bir addımlığı Xirosimaya çevriləcək? - Fevralda açıqlanacaq doktrinanın DƏHŞƏTLİ DETALLARI

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/228116.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR