Mövlud Çavuşoğlu: “ABŞ verdiyi sözə əməl etmədi”

Mövlud Çavuşoğlu: “ABŞ verdiyi sözə əməl etmədi”
13:52 18 Yanvar 2018
61 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ “ABŞ verdiyi sözə əməl etmədi”.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNNTürk-ə müsahibəsində deyib.
“ABŞ-ın açıqlamaları bizi tam təmin etmədi. Sabah İŞİD adını dəyişdirib terroru davam etdirə bilər. İraq ABŞ-ın atdığı yanlış addımlar nəticəsində bu günə düşüb. ABŞ İraqdan ayrılarkən daha böyük yanlışlıq edib. İŞİD İraqda fəaliyyətə başlayıb, Suriyaya keçib və təkrar İraqa qayıdıb. ABŞ-a inamsızlığmız davam edir. ABŞ Rakkadan sonra biz verdiyi sözə əməl etmədi. Münbiçdə də söz vermişdi. ABŞ-ın keçmiş prezidenti Barak Obama telefonla danışığında bu bölgədən dəstəklədikləri silahlıların “təcili” olaraq çəkiləcəyini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana boyun olmuşdu. Ancaq YPG Münbiçdən çəkilmədi. Biz ABŞ-dan konkret addım atmasını gözləyirik”, - o vurğulayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/movlud-cavusoglu-abs-verdiyi-soze-emel-etmedi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR