Elmin İnkişafı Fondunda 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbiri keçirilib

Elmin İnkişafı Fondunda 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbiri keçirilib
17:12 18 Yanvar 2018
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ Prezident yanında Elmin İnkişafı Fondunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Fondun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qurumun icraçı direktoru Elçin Babayev tədbiri açaraq 20 Yanvar faciəsinin Azərbaycan Respublikasının müstəqillik tarixindəki rolunu qeyd edib: “20 Yanvar keçmiş Sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi planlaşdırılmış ağır cinayətdir, bunu unutmaq olmaz. Lakin “20 Yanvar” terror və ona qarşı mübarizə ilə yanaşı, Azərbaycan xalqının mübarizliyini, həmrəyliyini, əzmini, qəhrəmanlığını, Vətənə olan sevgisini də təcəssüm etdirir. Bu tarixə xalqın mübarizə ruhunun daha da qüvvətlənməsinə səbəb olaraq sonu müstəqilliyə aparan bir yolun başlanğıcı kimi baxmaq lazımdır. Buna görə də bu günü “Qızılı Yanvar” da adlandıra bilərik”.
Elçin Babayev ümummilli lider Heydər Əliyevin 20 Yanvar hadisələri zamanı göstərdiyi güclü siyasi iradəni xüsusi qeyd edib, bu faciənin xüsusi detallarının gələcəkdə daha da dərindən araşdırılacağına əmin olduğunu bildirib.
Tədbirdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Mövsüm Nağısoylu və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi-təşkilat şöbəsinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimli də çıxış edərək 20 Yanvar hadisəsinin siyasi, hüquqi və sosial aspektlərindən danışaraq bu günün gənc nəsil üçün vətənpərvərlik örnəyi olmasını qeyd ediblər.
Tədbirin sonunda 20 Yanvar hadisələrinə həsr edilmiş qısa film nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/elmin-i-nkisafi-fondunda-20-yanvar-faciesi-ile-elaqedar-anim-tedbiri-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR