IEA: Venesuela və ABŞ neft bazarı üçün sürprizdir

IEA: Venesuela və ABŞ neft bazarı üçün sürprizdir
19:52 18 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ Venesuelada neft hasilatının həcminin kəskin azalması və ABŞ-da şist neft hasilatının həcminin artmaqda davam etməsi 2018-ci ildə neft bazarı üçün sürpriz ola bilər. 
"Report" xəbər verir ki, bunu "Bloomberg" agentliyinə müsahibəsində Abu-Dabidə (BƏƏ) keçirilən energetika forumunda Beynəlxalq Energetika Agentliyinin (IEA) rəhbəri Fatih Birol deyib. 
O, dünyada elektromobillərin sayının artmasının neftə tələbata təsiri barədə suala cava verərək ildirib ki, tələbatı minik avtomobillərindən daha çox aviasiya, dəniz daşımaçılığı, neft-kimya sektoru, yük maşınları formalaşdırır. IEA rəhbəri 30 il əvvəl başlayan "dayanıqlı energetika" müzakirələrinə münasibət də bildirib və deyib ki, 1987-ci ildən karbohidratların qlobal enerki bazarında xüsusi çəkisinin dəyişməyərək 81% qalıb. 
F.Birol, EIA-nın son hesabatına istinad edərək xatırladıb ki, 2018-ci ildə neft bazarında sabitlik gözlənilir: "Əgər bazarda vəziyyət ancaq tələb və təklif əsasında müəyyənləşsə, qiymətin 70 dollar/bareldan çox olması gözlənilmir. Venesuela və ABŞ-ın sürprizləri isə müxtəlif yeni ssenarilər yarada bilər". 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/iea-venesuela-ve-abs-neft-bazari-ucun-surprizdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR