Aydın Əliyev: “Burada yeganə məqsəd gömrüyün fəaliyyətinə mənfi təsir göstərməkdir”

Aydın Əliyev: “Burada yeganə məqsəd gömrüyün fəaliyyətinə mənfi təsir göstərməkdir”
11:43 19 Yanvar 2018
45 Digər
Ölkə mətbuatı
A- A+

“İşlənmiş şinlərin ölkəyə idxalına tətbiq edilən gömrük rüsumlarının qaldırılması heç bir problem yaratmayacaq”.

Publika.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, ötən il 36-37 faiz rüsumlar dəyişdirilib, dəyişdirilən rüsümların yalnız 7 faizində qiymət qaldırılıb:

“İşlənmiş şinlərlə bağlı qiymət isə 3 dollarından 10 dollara qədər yüksəlib. Nazirlər Kabineti tərəfindən hər birimizin və uşaqlarımızın gələcəyi üçün işlənmiş şinlərin təhlükəsi nəzərə alınaraq bu qərar qəbul edilib. Bu qərar noyabr ayında verilsə də, bugünə qədər ondan rəsmi şikayət olmayıb. O vaxtdan indiyədək cəmi 3 nəqliyyat vasitəsi gətirilib, ancaq 150-200 nəfər Dövlət Gömrük Komitəsi önünə toplanıb, qərar etiraz edir. Hesab edirik ki, bu artım bazar iqtisadiyyatı şəraitində heç bir məhdudiyyət yaratmır. Dövlət Gömrük Komitəsi tərəfindən işlənmiş təkərlərin idxalına heç bir məhdudiyyət yoxdur. Hökumət tərəfindən verilən qərar icra edilməlidir”.

A.Əliyev isə bildirib ki, Komitə hökumətin tabeliyində olduğu üçün qəbul olunmuş qərara əməl etməlidir: “Qərar qəbul ediləndən 1 ay sonra qüvvəyə minir. Lakin qərar qəbul ediləndən 37 gün sonra bu cür etirazlar başladı. Müraciət edənlər 3 dollara aldıqları malı 10 dollara almaq istəmirlər. Lakin onu 50 dollara satırlar. Burada yeganə məqsəd Gömrük orqanlarının fəaliyyətinə mənfi təsir göstərməkdir”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/228248.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR