Azərbaycanın şəhid olan əsgəri Neftçalada dəfn ediləcək

Azərbaycanın şəhid olan əsgəri Neftçalada dəfn ediləcək
17:07 19 Yanvar 2018
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Neftçala. 19 yanvar. REPORT.AZ/ Azərbaycanın şəhid olan əsgəri Neftçala rayonunda dəfn ediləcək.
"Report"un Aran bürosunun məlumatına görə, dəfn məsrasimi rayonun Bankə qəsəbəsində keçiriləcək. 
Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada şəhid olan Azərbaycan Ordusunun əsgəri Mənəfov İbrahim Möhsüm oğlu 1995-ci ildə bu qəsəbədə doğulub.
İ.Mənəfov ali təhsilli olub. O,  2017-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb və düşmənlə üz-üzə yerləşən bölmələrdə xidmət edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/azerbaycanin-sehid-olan-esgeri-neftcalada-defn-edilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR