Azərbaycan Berlində keçirilən Beynəlxalq Yaşıl Həftə sərgisində təmsil olunur

Azərbaycan Berlində keçirilən Beynəlxalq Yaşıl Həftə sərgisində təmsil olunur
01:42 20 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 20 yanvar. REPORT.AZ/ Yanvarın 19-da Berlin şəhərində kənd təsərrüfatı, bağçılıq və ərzaq sahələrində dünyanın ən mötəbər beynəlxalq sərgilərindən biri olan və illik əsasda keçirilən Beynəlxalq Yaşıl Həftə öz işinə başlayıb.
“Report” xəbər verir ki, sərgidə Azərbaycan vahid ölkə stendi ilə təmsil olunur və orada 14 yerli şirkətin məhsulları nümayiş olunur.
Həmin gün Beynəlxalq Yaşıl Həftə sərgisinin və eyni zamanda milli stendimizin açılışı olub.
Tədbirdə və ona paralel olaraq keçirilən 10-cu Qlobal Ərzaq və Kənd Təsərrüfatı Forumunda Azərbaycandan kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Gün ərzində milli stendimizə çoxlu sayda qonaqlar və bir sıra ölkələrin yüksək vəzifəli rəsmiləri baş çəkib.
Sərgidə və milli stendin açılışında Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov da iştirak edib.



Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/azerbaycan-berlinde-kecirilen-beynelxalq-yasil-hefte-sergisinde-temsil-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR