Xəzərin hüquqi statusu ilə bağlı İşçi qrupunun növbəti iclasının fevralda keçirilməsi planlaşdırılır

Xəzərin hüquqi statusu ilə bağlı İşçi qrupunun növbəti iclasının fevralda keçirilməsi planlaşdırılır
11:27 20 Yanvar 2018
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 yanvar. REPORT.AZ/ Xəzər Dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xüsusi işçi qrupunun Növbəti iclasının fevralda keçirilməsi planlaşdırılır.
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə deyib. 
"Хəzərin hüquqi statusu məəsləsinə gəlincə sammitlə bağlı Qazaxıstan tərəfi təşəbbüslə çıxış eləməlidir. Tarixi elan edib digər ölkələrlə razılaşdırılmalıdır. Nazirlərinin konfrasında ilin birinci yarısı fikri səsləndi. Ona kimi işçi qurupunun görüşü olacaq. Çünki biz razılaşdırılmış kommmersiya layihəsinin ingilis dilində mətni və digət mətn üzrə texniki işləri başa çatdırmalıyıq. Ola bilsin ki fevral ayında o görüş keçirilsin", - nazirinin müavini deyib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/xezerin-huquqi-statusu-ile-bagli-i-sci-qrupunun-novbeti-iclasinin-fevralda-kecirilmesi-planlasdirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR