"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu qonşu ölkənin iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib.
Onun sözlərinə görə, ortamüddətli perspektivdə neftin qiyməti 60 dollar/bareldən aşağı həddə proqnozlaşdırılır: "'Əvvəlcədən bağlanmış müqavilələrə baxılarsa, bazar iştirakçılarının əksəriyyəti qiymətlərin düşməsini gözləyir".
Nazir həmçinin əlavə edib ki, indiki qiymət ABŞ və Latın Amerikası ölkələrinin neft sənayesinə investisiyaları artırmasına, hasilat həcmini artırmasına gətirib-çıxaracaq.