Saatlıda ağır qəza - Ölən və yaralananlar var

Saatlıda ağır qəza - Ölən və yaralananlar var
22:23 21 Yanvar 2018
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Saatlı rayon mərkəzində "VAZ 2106" markalı minik avtomobili BMW markalı avtomobillə toqquşub.

Qəza nəticəsində "VAZ 2106" markalı minik avtomobilində olan 63 yaşlı Məmmədov Əziz Sarxan oğlu ölüb.

Avtomobildə olan sərnişinlər - 1971-ci il təvəllüdlü Əsədova Fatma Osman qızı, 1964-cü il təvəllüdlü Əsədova Atlas Osman qızı, 1965-ci il təvəllüdlü Əsədov Nadir Osman oğlu və Adgözəlova Rəbiyyə Məmmədalı qızı xəsarət alıb və Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyəti ağır olan F. Əsədova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, N. Əsədov əməliyyat olunub.

Qeyd edək ki, "VAZ 2106" markalı minik avtomobilinin sürücüsü və sərnişinlər Cəbrayıl rayon sakinləridir. Onlar Sabirabad rayonuna yas mərasiminə gəliblər və geri qayıdarkən qəzaya düşüblər. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/228502.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR