“Kəpəz” 2018/2019 mövsümündə avrokuboklarda iştirakdan imtina edib

“Kəpəz” 2018/2019 mövsümündə avrokuboklarda iştirakdan imtina edib
10:47 22 Yanvar 2018
81 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ “Kəpəz” futbol klubu 2018/2019 mövsümündə avrokuboklarda iştirakdan imtina edib.
Bu barədə “Report”a Gəncə klubundan məlumat verilib. Cari mövsümdə Azərbaycan Kubokunda mübarizəni dayandıran, Premyer Liqada isə 7 xalla sonuncu – 8-ci pillədə qərarlaşan “sarı-göylər”in rəhbərliyi AFFA-nın Lisenziyalaşdırma Qrupuna qitə miqyaslı turnirlərə qatılmaqla bağlı müraciət etməyə ehtiyac görməyib.
Gələn mövsüm Avropa kuboklarında iştirak üçün müraciət etməyən digər klub isə "Səbail"dir. Premyer Liqanın debütantı ölkə çempionatlarının müxtəlif liqalarında 3 mövsüm çıxış etmədiyinə görə 2018/2019-da avrokuboklara qatıla bilməz.
Qeyd edək ki, AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədova yanvarın 18-də “Report”a açıqlamasında Premyer Liqa klublarından heç də hamısının gələn mövsüm Avropa kuboklarında iştirak üçün müraciət etmədiyini bildirmişdi.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/kepez-2018-2019-movsumunde-avrokuboklarda-istirakdan-imtina-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR