"Bin Laden" həbs olundu

"Bin Laden" həbs olundu
08:53 23 Yanvar 2018
140 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistan polisi ölkədə ən çox axtarılan terrorçunun - Abdulla Sübhan Kureşinin yaxalandığını xəbər verib.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Qeyd edilir ki, o, 2008-ci ildə Əhmədabadda törədilmiş silsilə partlayışlarda iştirak etməkdə şübhəli bilinir. Partlayışlar nəticəsində 56 nəfər həlak olub.

Agentlik polisdəki mənbəyə istinadən bildirib ki, Kureşi hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qısamüddətli atışmadan sonra yaxalanıb. O, partlayıcı qurğular üzrə mütəxəssis hesab edilir.

Kureşi Hindistanın "Bin Laden"i adlandırılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/228654.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR