Qlobal işsizliyin səviyyəsinin son 3 ildə ilk dəfə azalması gözlənilir

Qlobal işsizliyin səviyyəsinin son 3 ildə ilk dəfə azalması gözlənilir
10:57 23 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ 2018-ci ildə qlobal işsizliyin səviyyəsinin son 3 ildə ilk dəfə azalaraq 5,5%-ə düşməsi gözlənilir. 
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının (ILO) hesabatında bildirilir. 
Sənədə əsasən, 2017-ci ildə dünyada əmək qabiliyyətli əhalinin 5,6%-i və yaxud 192,7 mln. nəfəri işsiz olub. Bu, 2016-cı illə müqayisədə 2,6 mln. nəfər çoxdur. 
"Əmək bazarına daxil olan insanların sayı artdığı üçün 2018-ci ildə işsizlərin ümumi sayı sabit qalacaq və 192 mln. nəfərdən çox təşkil edəcək. 2019-cu ildə işsizliyin səviyyəsi ümumilikdə dəyişməyəcək, lakin 1,3 mln. nəfər artacaq", - deyə hesabatda qeyd edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/qlobal-issizliyin-seviyyesinin-son-3-ilde-ilk-defe-azalmasi-gozlenilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR