Nümayəndə heyətinin rəhbəri: "Qarabağ münaqişəsi ilə bağlı reallıqları saxtalaşdırmağa çalışanlar buna nail ola bilməyəcəklər"

Nümayəndə heyətinin rəhbəri: "Qarabağ münaqişəsi ilə bağlı reallıqları saxtalaşdırmağa çalışanlar buna nail ola bilməyəcəklər"
12:12 23 Yanvar 2018
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Strasburq. 23 yanvar. REPORT.AZ/ "İtaliyalı deputat Mikele Nikolettinin Avropa Şurası Parlament Assambleyasının prezidenti seçilməsi həm Türkiyə, həm də Azərbaycan üçün yalnız uğurlu ola bilər".
Bunu "Report"un Qərbi Avropa bürosuna açıqlamasında Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Akif Çağatay Kılıç bildirib.
Türkiyəli parlamentari deyib ki, M.Nikolettinin bu vəzifənin öhdəsindən gələcəyinə şübhə etmir: "O, AŞPA-da uzun illik təcrübəyə malikdir və bir sıra missiyalar həyata keçirdib. Digər müsbət tərəf isə əslən italyan mənşəli olması, beləliklə, xarakter və mentalitet baxımından bizə daha yaxın olmasıdır. Həqiqətən də keçirdiyimiz görüşlərdən belə nəticəyə gəlmək olar ki, Mikele Nikoletti dünyagörüşlü, müdrük bir rəhbər olacaq. Onunla uğurlu dialoq qura bilmişik. O, bizi tanıyır, biz onu tanıyırıq. Hesab edirəm ki, onun AŞPA prezidenti seçilməsi həm Türkiyə, həm də Azərbaycan üçün yalnız uğurlu ola bilər".
Dağlıq Qarabağ münaqişəsinə toxunan A.Ç.Kılıç bildirib ki, münaqişə ilə bağlı reallıqlar göz qabağındadır: "Bu gerçəklikləri heç kim inkar edə bilməz. Bu reallıqları saxtalaşdırmağa çalışanlar buna nail ola bilməyəcəklər, çünki artıq hamı həqiqəti bilir. Bu günün aktual məsələsi isə bu gerçəklərin qəbul etdirilməsidir. Biz Dağlıq Qarabağ məsələsində bu günə qədər olduğu kimi, bundan sonra da AŞPA çərçivəsində azərbaycanlı deputatlarla birgə fəaliyyət göstərəcəyik".

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/numayende-heyetinin-rehberi-qarabag-munaqisesi-ile-bagli-realliqlari-saxtalasdirmaga-calisanlar-buna-nail-ola-bilmeyecekler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR