Sabah Azərbaycanda hava necə olacaq? - NAZİRLİK AÇIQLADI

Sabah Azərbaycanda hava necə olacaq? - NAZİRLİK AÇIQLADI
12:39 23 Yanvar 2018
373 Digər
Ölkə mətbuatı
A- A+

Yanvarın 24-nə olan hava proqnozu açıqlanıb. Lent.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun Bakıda və  Abşeron yarımadasında gecə 2-4, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Yanvarın 24-25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292987

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR