Azərbaycandan Gürcüstana 29 min ton aviasiya nefti ixrac edilib

2017-ci ildə Gürcüstan Azərbaycandan 28,6 min ton aviasiya nefti idxal edib.

APA-nın yerli bürosunun Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinə istinadən verdiyi xəbərə görə, ötən il qonşu ölkənin idxal etdiyi aviasiya neftinin 29,8%-i Azərbaycanın payına düşüb.

Ötən il Gürcüstan, ümumilikdə 96 min ton aviasiya nefti idxal edib ki, bu da 2016-cı illə müqayisədə 25,3 min ton və ya 26,4% çoxdur.

Gürcüstan Azərbaycanla yanaşı qeyd olunan neft məhsulunu Türkmənistan (40,3 min ton), Yunanıstan (22 min ton), Misir (3,8 min ton), Türkiyə (0,8 min ton) və İtaliyadan (0,5 min ton) idxal edib.

Azərbaycanda uşaqlara dərman şəxsiyyət vəsiqəsilə - SATILACAQ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR