İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti ilə

Yanvarın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin Davosda “Microsoft” şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bel ilə görüşü olub.

Görüşdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işlərdən, qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan uğurlu addımlardan danışıldı. Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin prioritet istiqamətlərdən biri olduğu qeyd edildi və bu sahədə əldə olunan nailiyyətlərdən söhbət açıldı.

“Microsoft” ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi və əməkdaşlığın perspektivləri müzakirə olundu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR