Sarımsağı südə qatıb için..

Sarımsağın faydaları saymaqla bitmir. Sarımsaq xərçəngdən qoruyur, qan şəkərini aşağı salır, artritin qarşısını alır. Aparılan araşdırmaya görə, sarımsağı südlə birlikdə istifadə etmək ağız qoxusunu azaldır.

Metbuat.az-ın xəbərinə görə, mütəxəssis dietoloq Şəbnəm Kandıralı Yıldırım sarımsağın faydalarından bəhs edib. Həkimin sözlərinə görə, sarımsaq döş xərçəngi riskini azaltmağa kömək edir. Çinlilərin araşdırmasına görə, həftədə 2 dəfə çiy sarımsaq yeyənlərin xərçəngə yaxalanma riski 50 faiz aşağı düşür.

Sarımsaq qan şəkərini aşağı salır və mədəaltı vəzindən insulin ifrazını azaldır. Xüsusulə, şəkər xəstələrinə gündə 3 diş çiy sarımsaq yemələri məsləhət görülür.

Elm adamları qida zəhərlənmələrində ən çox rast gəlinən “campylobacter jejuni” bakteriyasına qarşı sarımsaq yeməyin daha təsirli olduğunu bildirib.

Dietoloq Yıldırım sarımsağı əzilmiş və ya çiy olaraq yeməyi məsləhət görür:

"Sarımsağı əzdiyiniz zaman meydana gələn “hidrogen sulfit” qan təzyiqini normallaşdırır və ürəyin sağlamlığı üçün vacibdir".

Aysel Yaqubqızı / Metbuat.az

Qrip və soyuqdəyməni aradan qaldıran çayın - MÖCÜZƏVİ FAYDALARI


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR