Yanvarın 25-də saat 6 radələrində Kiçik Dəhnə kəndindəki “Dəhnə petrol” yanacaqdoldurma məntəqəsində quldurluq edən 2 maskalı şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, həmin şəxslər yardımçı otağın pəncərə şüşəsini sındırıb, orada işləyən operator Azad Məmmədovu bıçaq və taxta parçası ilə hədələyərək pul verməsini tələb edib, müqavimətlə rastlaşdıqlarından isə qaçaraq aradan çıxıblar.

Təxirəsalınmaz tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinənlər qısa zamanda müəyyən edilib və əməliyyat-axtarış tədbirləri ilə onlardan biri – Kiçik Dəhnə kənd sakini Tacı Mənəfli “isti izlər”lə saxlanılıb. Polis əməkdaşları tərəfindən ona məxsus “VAZ-21074” markalı avtomobilə baxış keçirilib və oradan 2 ədəd idman papağından hazırlanmış maska, 1 ədəd bıçaq, 1 ədəd yapışqanlı lent, 1 ədəd idman şalvarı və gödəkçə aşkar edilib. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib. Faktla əlaqədar cinayət işi başlanılıb. Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.