ABŞ-ın sabiq prezidenti Barak Obamanın İslam radikallarının lideri ilə fotosu yayıldı.
Publika.az xəbər verir ki, gizli görüşlərdən birində çəkildiyi iddia edilən foto Cim Gereyt adlı şəxsin (jimgeraghty) "Tvitter" hesabından paylaşılıb.
Şəkilin 2005-ci ildə çəkildiyi qeyd edilib. Fotoda ABŞ-ın sabiq prezidenti Barak Obamanın "İslam Milləti" radikal təşkilatının lideri Luis Farraxanla səmimi şəkildə poz verdiyi görülür. Sözügedən təşkilat isə tez-tez irqçilikdə və antisemitizmdə ittiham edilirdi.
Fotonun müəllifi Askiey Məhəmməd adlı fotoqrafdır. Fotoqraf çəkdiyi fotonu Barak Obamanın siyasi karyerasına təhlükə yaratmamaq üçün yayımlamamışdı.
Könül Cəfərli
