İtaliya 2018-ci ildə ATƏT-ə sədrliyi çərçivəsində Dağlıq Qarabağ və ATƏT məkanındakı digər münaqişələrin nizamlanmasına maksimum diqqət göstərməyi planlaşdırır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə RİA Novosti-yə müsahibəsində İtaliyanın xarici işlər naziri Ancelino Alfano deyib.

Nazir qeyd edib ki, bu məsələlər İtaliyanın ATƏT-ə sədrliyi zamanı prioritet vəzifələr olacaq.

Milli.Az