Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni sanksiyalarını nəzərdə tutan “Kreml məruzəsi”nə münasibət bildirib.

Publika.az
xəbər verir ki, Putin ABŞ-dan incidiyini bildirib.

“Mənim adımın siyahıya salınmaması ürəyimə toxundu”, - deyə Rusiya prezidenti zarafatla bildirib.

Putin qeyd edib ki, ABŞ-ın sənədi bütövlükdə beynəlxalq münasibətlərə zərər verir.

“Biz nə istədiyimizi bilirik: biz beynəlxalq hüquqa və uzunmüddətli sabitliyə əsaslanan münasibətlər qurmaq istəyirik. Mən gizlətməyəcəm, biz siyahını gözləyəcəyik. Bizim cavab addımlarımız da hazırdır, lakin bu addımlar münasibətlərimizi sıfıra endirə bilər. Moskva hələlik cavab addımlarından çəkinəcək. Çünki münasibətlətlərimizin davam etməsində maraqlıyıq”, - deyə o bildirib.

Asif